Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilir

12 May 2016 14:12

Xəbər 904 dəfə oxunub

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, mayın 7-də start verilən və 14 komandanın iştirak etdiyi turnir iyunun 4-də başa çatacaq. Turnirdə ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara diplom və mükafat, turnirin qalibinə isə kubok təqdim ediləcək. Qeyd edək ki, 2009-cu ildən başlayaraq bu cür turnir ənənəvi olaraq hər il təşkil edilir.xeber100.com