İyunun 25-də – “Minsk 2019” ikinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilib.Azərtac xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.Güləşçilərimizdən ilk olaraq xalça üzərinə Mahir Əmiraslanov (57 kq) çıxıb. Azərbaycan pəhləvanı səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimiz dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov ilə qarşılaşacaq.Aleksandr Qostiyev (86 kq) də mübarizəyə qələbə ilə başlayıb. Sərbəst güləşçimiz Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. Pəhləvanımız dörddəbir finalda Gürcüstan təmsilçisi Sandro Aminaşvili ilə görüşəcək.Cəmaləddin Maqomedov (125 kq) səkkizdəbir finalda Belarus idmançısı Vitali Piasniak ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 6:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda pəhləvanımızın rəqibi macarıstanlı Daniel Ligeti olacaq.Hacımurad Qadcıyev (74 kq) isə türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.Xatırladaq ki, “Bakı 2015” birinci Avropa Oyunlarında Azərbaycan güləşçiləri ümumilikdə 15 medal, o cümlədən 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz isə 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…