Avropa Olimpiya Komitəsinin Skopye şəhərində keçirilən 38-ci seminarında “Minsk-2019” Avropa Oyunlarının keçirilmə vaxtı təsdiqlənib.Azərtac Belarus Respublikasının Milli Olimpiya Komitəsinin saytına istinadla xəbər verir ki, oyunlar iyunun 21-30-da keçiriləcək. Açılış və bağlanış mərasimləri Minsk şəhərindəki “Dinamo” stadionunda baş tutacaq. Bəzi yarışlar Oyunların rəsmi açılışından bir gün əvvəl – iyunun 20-də başlaya bilər. “Dinamo” stadionunda rekonstruksiya işlərinin 2017-ci ilin sonlarında başa çatacağı gözlənilir. İnşaat işlərinin dövlət proqramı çərçivəsində aparıldığı və Avropa Oyunları ilə bağlı olmadığı bildirilir. Əvvəllər Belarusun futbol üzrə milli komandasının istifadəsində olan və 1980-ci ildə Yay Olimpiya Oyunlarının turnirlərini qəbul edən stadionda yüngül atletika yarışları keçiriləcək.“Minsk-Arena” isə gimnastika üzrə yarışların məkanı kimi təsdiq edilib. 15 min azarkeş üçün nəzərdə tutulan çoxfunksional meydançada idman gimnastikası və bədii gimnastika, akrobatika, batutda tullanma yarışları olacaq. Arena 2013-cü il dünya çempionatında istifadə edilən velodromun da daxil olduğu üç binadan ibarət kompleksdir. Burada, həmçinin trekdə yarış və badminton üzrə yarışların təşkili nəzərdə tutulur.Şose yarışları şəhərin küçələrində keçiriləcək, Minskin mərkəzində 2 min tamaşaçı tutumuna malik “Palova-Arena” 3X3 basketbol yarışlarına ev sahibliyi edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…