Afrika Ölkələri İttifaqının iştirakçı dövlətlərinin Əddis-Əbəbədə keçirilən sammitində Misir yekdilliklə Afrika Ölkələri İttifaqı Şurasına 2019-cu il üçün sədr seçilib. Bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat verib.Azərtac xəbər verir ki, Afrika İttifaqının Efiopiya paytaxtında keçirilən 30-cu sammiti “Korrupsiyaya qarşı mübarizədə qələbə” mövzusuna həsr olunub. Sammitdə Afrika ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən Misir Prezidenti Əbdülfəttah əs-Sisi, habelə BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt, bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. Dövlət başçıları Afrika İttifaqının 2015-ci ildə qəbul edilmiş “2063-cü ilədək Gündəliyinin” – uzunmüddətli iqtisadi perspektivlər planının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…