Misir 3 illik fasilədən sonra Qətər təyyarələri üçün hava məkanını açdığını elan edib.Azərtac xəbər verir ki, bu məlumatı Misirin Mülki Aviasiya Departamenti yayıb.Məlumatda qeyd olunub ki, bu gündən etibarən Misirin “EgyptAir” və Qətərin aviaşirkətləri qarşılıqlı uçuşlar həyata keçirə biləcək. Yanvarın 13-də Dohadan ilk təyyarənin Qahirə aeroportuna enəcəyi də gözlənilir.Misir və digər 3 ərəb ölkəsi yanvarın 5-də Səudiyyə Ərəbistanının Əl Ula şəhərində keçirilən Körfəz Əməkdaşlıq Təşkilatının sammitində Qətərə qarşı embarqonun ləğvi və 2017-ci ildən bağlı olan quru, hava və dəniz sərhədlərinin açılmasına dair Bəyannamə imzalayıblar. Sammitdə ABŞ Prezidentinin müşaviri Cared Kuşner, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və Ərəb Liqasının Baş katibi Əhməd Əbul Ğeyt də iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…