Misirin beynəlxalq stadionunda Afrika Kuboku keçirilir

22 İyun 2019 14:01

Xəbər 473 dəfə oxunub

İyunun 22-də Misirdə Afrika Kubokuna start verilib.Azərtac xəbər verir ki, paytaxt Qahirədə yerləşən beynəlxalq stadionunda baş tutan çempionatın açılış mərasimində Misirin prezidenti Əbdülfəttah əs-Sisi də iştirak edib.Açılış görüşündə A qrupunda yer alan Misir yığması Zimbabve millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi ilə yadda qalan görüş Misir seçməsinin qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolun müəllifi Trezeqe olub.Qrupun digər oyunu iyulun 22-də Konqo və Uqanda milliləri arasında təşkil olunacaq.Qeyd edək ki, turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edir.xeber100.com