Serbiyada keçirilən “Mladost”-“İnter” oyunu başa çatıb. Görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda “Dalğa Arena”da keçiriləcək.“İnter” komandası üçüncü topu rəqib qapısından keçirib. Oyunun 76-cı dəqiqəsində Rauf Əliyev fərqlənib.”Mladost”-“İnter” oyununun ilk hissəsi Bakı təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Görüşdə dubl edən Adrian Skarlatake hər iki qolu cərimə zərbəsindən vurub.Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi səfərdə Serbiyanın “Mladost” komandasının qonağıdır.Mladost stadionunda start götürən oyunu rusiyalı hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Aleksey Matyunindir. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edirlər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirir.Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondellidir (San-Marino).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…