Azərbaycanın Moldovadakı səfirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişineuda Novruz şənliyi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Türkiyə, ABŞ, Rusiya, Çexiya, Gürcüstan, Macarıstan, Qətər, Belarus səfirləri, o cümlədən Moldovada akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik korpusunun, Moldova dövlət orqanlarının nümayəndələri, elm və incəsənət xadimləri, hökumət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, Azərbaycan diasporun üzvləri, azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.Tədbirdə çıxış edən Moldova Azərbaycanlılarının Konqresinin rəhbəri Vüqar Novruzov qeyd edib ki, zəngin bayram mədəniyyətini əks etdirən Novruz bayramının Kişineuda qeyd olunması artıq ənənə halı alıb.Moldova parlamentinin sədr müavini Liliana Polixoviç Moldova ilə Azərbaycan xalqlarının mədəniyyət və adət-ənənələrinin oxşarlığını qeyd edib. Həmçinin parlament nümayəndəsi bu ölkədə yaşayan azərbaycanlılardan, onların Moldova cəmiyyətinə inteqrasiyasından söz açıb.Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bayram münasibətilə qonaqları təbrik edərək, Novruzun xalqımızın ən sevimli bayramlarından biri olduğunu vurğulayıb. “Novruz bayramı yazın gəlməsinin, təbiətin oyanmasının və yenilənməsinin rəmzidir. Moldovada isə bu bayram “Martişor” adlanır. Bu bayramın qeyd edilməsi xalqlarımızı birləşdirən oxşarlıqlardan biridir”, – deyə diplomat bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…