“MolecuLight i:X” adlı qurğunun birinci mərhələsi başa çatıb

22 Dekabr 2017 14:27

Xəbər 1202 dəfə oxunub

Kanadanın Toronto şəhərində “MolecuLight i:X” adlı qurğunun kliniki sınaqlarının birinci mərhələsi başa çatıb. Qurğu adi gözlə görünməyən mikrobları göstərmək üçün nəzərdə tutulub. Belə ki, həkim infeksiyanın bədənin hansı hissəsində olduğunu dəqiq bilərsə, onu daha effektiv müalicə edər.techcult.ru saytı xəbər verir ki, “MolecuLight i:X” insanın bədənində bakteriyaların yerini müəyyən edən qeyri-invaziv əl skaneridir. Əvvəlcə normal işıqlandırma şəraitində yaranın yüksək keyfiyyətli şəkli çəkilir, sonra işıqlar söndürülür və ultrabənövşəyi şüadan istifadə etməklə həmin şəkil bir daha çəkilir. Ultrabənövşəyi şüa altında sağlam dəri açıq yaşıl rənglə, bakteriyaların koloniyaları isə qırmızı rənglə işıqlanır. İki şəkli müqayisə etdikdə zərərli mikroorqanizmlərin yeri və ölçülərini yüksək dəqiqliklə müəyyən etmək olar. Beləliklə, sağlam toxumalara dəymədən lazımi dərmanları qəbul etmək mümkün olacaq.Kliniki sınaqlar göstərib ki, həkim “MolecuLight i:X” skanerindən istifadə etməklə pasiyentin yaralarının sağalmasını 9-10 dəfə sürətləndirə bilər. Çünki qurğu bakteriyaları görməklə yanaşı, bütovlükdə yaranın sağaldılması prosesini izləyir. Texnologiyanın yaxın zamanlarda Kanada xəstəxanalarında istifadə ediləcəyi gözlənilir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05