“Monako” futbol klubunun məlumatına görə…

12 Yanvar 2019 15:10

Xəbər 671 dəfə oxunub

İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin “Çelsi” klubundan Fransa çempionatının komandası “Monako”ya keçib.Trend-in məlumatına görə, bu barədə “Monako”nun mətbuat xidməti xəbər yayıb.İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.Qeyd edək ki, Fabreqas “Çelsi”də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.xeber100.com