“Monako” futbolçusunun “Başakşəhər”ə keçidi rəsmiləşib

11 Sentyabr 2020 13:12

Xəbər 430 dəfə oxunub

Fransanın “Monako” klubunun futbolçusu Naser Şadlinin İstanbulun “Başakşəhər” komandasına keçidi rəsmiləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Onun yeni klubunda 11 nömrəli forma geyinəcəyi bildirilib.Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Monako”da oynayıb.xeber100.com