“Monako” klubu 13 milyon avro təzminat ödəyib

4 İyul 2017 10:51

Xəbər 921 dəfə oxunub

“Monako” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərbaycan xəbər verir ki, Fransa təmsilçisi “Feyenoord”un müdafiəçisi Terenke Konqolo ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün “Monako” Hollandiya klubuna 13 milyon avro təzminat ödəyib.Qeyd edək ki, T.Konqolo ötən mövsüm 23 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.xeber100.com