“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib.“Life” resursu xəbər verir ki, “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib.Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub.Bundan əlavə, suyadavamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb.ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan başlanılması planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…