MotoGP üzrə dünya çempionatının ikinci mərhələsi – Xeres Qran-Prisi keçirilib.Azərtac xəbər verir ki, İspaniyada təşkil olunan yarışda 21 motosikletçi mübarizə aparıb. İştirakçılar Xeres trasında 25 dövrə vurublar. Yarışda “Yamaha” komandasının üzvləri uğurlu çıxışları ilə diqqət çəkiblər. Belə ki, ilk 3 yeri “Yamaha”nın motosikletçiləri tutublar. Mərhələnin qalibi fransalı Fabio Kartararo olub. O, 41 dəqiqə 22, 666 saniyə ilə bütün rəqiblərini qabaqlayıb.F.Kartararonun komanda yoldaşları ispaniyalı Maverik Vinyales və italiyalı Valentino Rossi müvafiq olaraq ikinci-üçüncü yerləri tutublar.Xatırladaq ki, Fabio Kartararo ilk mərhələdə də finiş xəttini birinci keçmişdi. İki mərhələdən sonra maksimum nəticə göstərən Fabio 50 xalla ümumi sıralamada liderdir. On xal az toplayan Maverik Vinyales ikinci, “Dukati” komandasının italiyalı üzvü Andrea Doviçiozo isə 26 xalla 3-cü pillədədir.Dünya çempionatının üçüncü mərhələsi avqustun 8-9-da Çexiyada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…