Bakıda şəhərində qəzalı binaların sökülərək, əvəzində müasir binaların tikintisinə start verilir. Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qeyd edilib ki, 50- 60-cı illərdə rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək hündür mərtəbəlilərlə əvəz olunacaq.İcra başçısı Arif Qasımov qeyd edib ki, dövlət tam olaraq bu tikintiləri nəzərət edəcək: “Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin təhvil verilməsinə qədər dövlət nəzərət edəcək. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub”.İcra başçısının müavini Qərib Məmmədov bildirib ki, hazırda Mehdi Abbasov, Nəsimi, Çobanzadə küçəsində və başqa küçələrdə iki mərtəbəli binaların sökülməsi nəzərdə tutulub: “Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanılıb və sakinlər kirayə mənzillərə köçürüləcək. Kirayə mənzillərin haqqı həmin şirkət tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək. Rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlərdən biridə “VESTA CONSTRUCTİON” şirkətidi. Şirkət müasir binaların inşa edilməsi üçün yeni lahilələr hazırlayıb. Əsas məqsəd isə əhalinin müasir tam təmirli və münasib qiymətli mənzillərlə təmin etməkdi. Ən vacib məqam isə hər kəsin ev sahibi olması prinsipidi”.Qeyd edək ki “VESTA CONSTRUCTİON” şirkətinin mənzilləri bazar qiymətindən 30-50 % aşağı təklif edəcəyi də bildirilir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…