Bakı Slavyan Universitetində (BSU) Ural Federal Universitetinin (UFU) kafedra müdiri, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru və həmin universitetdə BSU tərəfindən yaradılmış Azərbaycan Araşdırmaları Mərkəzinin (AAM) rəhbəri, professor Aleksandr Nesterovun iştirakı ilə “Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminar keçirilib. BSU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda rusiyalı professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb. Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir. A.Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir. Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Qonaq rəhbərlik etdiyi AAM-in və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, mərkəzin fəaliyyət göstərdiyi müddətdə rusiyalı tələbələr Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişi və s. haqqında vacib biliklər əldə ediblər. Eyni zamanda, o bu ildən UFU-da Azərbaycan multikulturalizmi fənnini də tədris etdiyini və bu mühazirələrin tələbələr tərəfindən maraqla dinlənildiyini söyləyib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…