Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemləri” mövzusunda konfrans keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib. Universitetin prorektoru, professor Arif Şərifov konfransın istehsalatla bağlı olan mövzusunun hazırda çox aktual olduğunu qeyd edib. Professor məsaməli beton bloklarının uzun illərdir ki, dünya praktikasında istifadə olunduğunu, ölkəmizdə isə tətbiqinin cəmi üç-dörd il əvvələ təsadüf etdiyini bildirib. Ona görə də bu istiqamətdə çoxlu sayda elmi tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb. A.Şərifov tikinti istehsalatında istifadə edilən müasir texnologiyalı materialların texniki-iqtisadi problemlərinin öyrənilməsi, tədrisə tətbiqi, müvafiq kafedranın istehsalatla əlaqələrinin genişlənməsi və digər məsələlərdə konfransın çox böyük əhəmiyyəti olacağını söyləyib. Digər çıxış edənlər də məsaməli beton bloklarının müsbət xüsusiyyətlərindən və istehsalatda istifadəsinin texniki-iqtisadi problemlərindən danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…