Yaponiya, ABŞ və Koreya Respublikasının müdafiə nazirləri Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar əməkdaşlıq barədə razılığa gəliblər.Yaponiyanın müdafiə naziri Tomomi İnadanın ABŞ-lı həmkarı Cim Mettis və Koreya Respublikasının müdafiə idarəsinin rəhbəri Xan Min Qu ilə görüşü iyunun 3-də Sinqapurda təhlükəsizlik məsələlərinə həsr edilən ənənəvi illik konfrans çərçivəsində baş tutub.Nazirlər belə bir qənaətə gəliblər ki, Pxenyanın nüvə və raket sınaqları regionla yanaşı bütün dünyada təhlükəsizliyə ciddi təhdiddir.Bununla əlaqədar, nazirlər müdafiə məqsədilə, ballistik raketlərin yaratdığı təhlükənin aradan qaldırılması üçün təlimlərin davam etdirilməsi, qarşılıqlı informasiya mübadiləsi və birgə fəaliyyətlə bağlı digər tədbirlər barədə də razılığa gəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…