Yaponiya və Avstraliya arasında xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşünün keçirilməsi ilə əlaqədar danışıqlar aparılır. Bu barədə NHK telekanalı məlumat yayıb.Məlumatda qeyd edilir ki, görüşün aprelin sonlarında keçirilməsi nəzərdə tutulur. Həmin görüşdə Koreya Xalq Demokratik Respublikasının hərəkətləri fonunda Asiya-Sakit okean regionunda vəziyyətin gərginləşməsinin müzakirə olunacağı vurğulanır.Cari ilin yanvarında Avstraliyaya səfər edən Baş nazir Şinzo Abe həmkarı Malkolm Ternbulla müzakirələr apararaq müdafiə sahəsində logistik fəaliyyətin genişləndirilməsi barədə razılıq əldə edib. ABŞ ilə üçtərəfli qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan tərəflər, eyni zamanda, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…