Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırır.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər layihəsində əksini tapıb.
Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.
Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı. Bu vəsaitin 1 mlrd. 723 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.
Müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması ilə bağlıdır.xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…