Azərbaycan Mətbuat Şurası Saatlı Rayon İcra Hakimiyyəti ilə birlikdə “Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
I yer – 1 nəfər – 1000 manat
II yer – 2 nəfər – 800 manat
III yer – 3 nəfər – 500 manat
Həvəsləndirici mükafat – 10 nəfər – 1000 manat
III. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
Müsabiqəyə 2016-cı ilin aprel ayının 15-dən may ayının 30-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Qaliblərin adları 2016-cı il iyun ayının 15-də Milli Qurtuluş Günündə açıqlanacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İvra Hakimiyyətinin “Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də
verilməsi şərt deyil.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.
Təqdimat zərfində yer almalıdır:
yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;
yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu;
müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi;
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.
Müsabiqə üçün yazılar aprel ayının 15-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı – Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Əlaqə telefonu:
(012) 441 35 30
(050) 534 93 26
(055) 201 99 26
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…