Mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start veriləcək.Tədbir Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin dəstəyi ilə reallaşdırılır.Azərtac xəbər verir ki, bu barədə mayın 11-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun sektor müdiri Ayla Həsənova məlumat verib. Bildirilib ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil edilən yarışdır. Yarışın keçirilməsinin məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.Dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb edilməsi ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq.Builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya – əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ildə Azərbaycanda “Robotlar missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə üç Milli Robot Yarışı təşkil olunub və azərbaycanlı məktəblilər iki dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…