Münəvvər Kələntərli-104

2 Fevral 2016 17:51

Xəbər 2467 dəfə oxunub

Keçən əsrin əvvəlləri hər mənada çətin olduğu qədər də hər sahədə öz çətinliyini açıq şəkildə biruzə verib. Başqa sahələr bir yana, sənət dünyası məhz fədailər, həvəskarlar sayəsində yaranıb, inkişaf edib, nəticədə bu günə gəlib çıxıb. Xüsusilə kino aləmindən tanıdığımız, sevdiyimiz aktyorlar var ki, onların keçdiyi həyat yolu yaşadığımız dövrdə nümunə olaraq göstərilir…Səhnəmizin xanım aktrisası Münəvvər Kələntərli məhz belə sənətkarlardan biri  olub. Aktrisanın doğum tarixi il baxımdan məlum olsa da ay baxımından naməlum qaldığı üçün il ərzində onun yaradıcılığı haqqında söz demək imkanları genişdir…

Kələntərlilər ailəsindən 17 yaşlı bir qızın Lənkərandan Bakıya gəlişi və səhnə fəaliyyətinə başlaması 1930-cu illər üçün ən cəsarətli addım hesab edilirdi. Ancaq 17 yaşlı Münəvvər üçün şanslı demək olardı, çünki o qardaşı Haşımla bərabər paytaxtda yeni bir həyata qədəm qoyacaqdı.

Haşım Kələntərli milli vokal sənətimizin parlaq nümayəndələrindən biri olub. O, el mahnılarını və muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi. Xüsusilə  onun ifasında olan Segah muğamı o qədər yüksək qiymətləndirilib ki, musiqi ədəbiyyatında bu muğam “Haşım segahı” kimi dəyərləndirilir. Onun haqqında ayrıca bir yazıda geniş danışacaqıq. Bu yazını isə sırf Münəvvər Kələntərli yaradıcılığına həsr etdiyimiz üçün qeyd edək ki, Haşım Kələntərli bacısı Münəvvər Kələntərli ilə birgə ötən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib. Kələntərlilərin özlərinə məxsus maraqlı və geniş mahnı repertuarları vardı. Belə ki,  konsert proqramlarında xalq mahnıları, muğam, eyni zamanda  Lənkəranlılara aid el nəğmələrini xüsusi incəlik və məlahətli səslə ifa edərdilər.  Misal olaraq “Aman, nənə”, “Kəşmiri şal”, “Lolo” və s. mahnıları göstərmək olar.

Aktrisa əvvəllər Opera Teatrında, sonralar isə arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

Belə ki, qardaşı ilə səhnəni paylaşan aktrisa həmin ərəfədə Opera Teatrına dəvət olunur. Sənətiylə diqqətdə dayanan Münəvvər Kələntərli çox keçmir ki, Musiqili Komediya Teatrına dəvət olunur. Müxtəlif xarakterli rollar iynayan aktrisa öz dövründə çalışdığı teatrın ən qabaqcıl aktrisası hesab olunub. Əslində hazırkı dövrdə də teatrlarımızın Münəvvər Kələntərli kimi xanım aktrisalara ehtiyacı çoxdu. Ancaq görünür hər dövrün öz hökmü olduğu üçün hazırkı dövrdə də cılızlaşma prosesi gedir ki, nəticədə də görmək istədiklərimizi səhnədə görə bilmirik. Mətləbdən uzaqlaşmayaq, aktrisa Musilqi Komediya teatrının səhnəsində

“Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və b. obrazları ustalıqla yaradaraq teatr tarixinin yaddaşına yazılmağı bacardı. Yeri gəlmişkən, “Hacı Kərimin Aya səyahəti”ndə aktrisa Nəsibə Zeynalovayla dublyor olublar. Münəvvər Kələntərli Lütfəli Abdullayevlə, Nəsibə Zeynalova isə Bəşir Səfəroğlu ilə səhnəni paylaşıb. Dövrün dörd güclü komediya ustasının bir araya gəldiyi tamaşanın səhnə həllini tapmaması heç mübahisə mövzusu belə ola bilməz.

 Səməd Kələntərlinin xatirələrindən

“Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb. Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb – Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və sonbeşik Münəvvər. Evin böyük övladının – Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, kiçiyininkinə isə 1912-ci il yazılıb. Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı”. Bu fikirlər Səməd Kələntərliyə aiddir. Bu yazının hazırlıq prosesində onun xatirələrini əldə etdim və sadəcə bir qismini yazıya daxil etməyi qərara aldım. “Bibim Münəvvər Kələntərli sadə, şən bir qadındı. Ancaq rollarının əksəriyyətində sadəlövhlükdən çox-çox uzaqdı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Dostları çox olsa da, ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Ən yaxın rəfiqələri  Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova,  Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova idi. Tez-tez bir araya gəlirdilər, günlərini çox maraqlı keçirirdilər. Təsəsvvür edin ki sevinməyə həmişə səbəb tapırdılar, çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı”.

O dövrün səmimiyyəti belə insanlara necə təsir edirmişsə, hamının bir-biriylə münasibəti çox səmimi olub. Bəlkə də dövrün “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı da insanların bir-birinə olan səmimiyyətində böyük rol oynayıb. Ən önəmlisi isə insanlar sevdikləri peşəylə məşğul olduqları üçün və çalışdığı sahədə vətən, xalq üçün lazımlı olduğunu hiss etdiyi üçün xöşbəxt idi.

Böyük Vətən müharibəsi illərində sənət adamlarının hər biri səngərlərə, hospitallara gedərək əsgərlərə dəstək verdiyi tarixdən də məlumdur. Münəvvər Kələntərli də müharibə dövründə öz vətənpərvərliyini əməlləri ilə sübut edib. “Bibim rəngarəng konsert proqramları,  səhnəciklərlə əsgərlərin qarşısında çıxışlar edir, onlara ümid verirdi, doğacaq sabahlara inandırırdı”. Öz dövrünün sevilən, sayılan sənətkarı Münəvvər Kələntərli hazırkı nəslin yaddaşında  sadəcəc kinoaktrisa kimi yadda qalıb. “Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun “Arşın mal alan” filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. “Arşın mal alan”ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa – Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı”.

Aktrisa  sadəcə öz işlərini həyata keçirməklə kifayətlənməz, eyni zamanda sənət dostlarının da fəaliyyətini mütəmadi olaraq izləyir, onların hər birinə dəstək verirdi. “1939-cu il idi… Filarmoniyada verilən konsert proqramına bibim də sənət dostları ilə qatılır. Ümumiyyətlə isə dövrün sənətkarlarının bəlkə hamısının bir araya gəldiyi konsert proqramlarından biri imiş. Münəvvər bibim, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Şairin də ən odlu-alovlu vaxtı işim. Sənətinin fədaisi olan xanımlar şairə ərkyana bir söz atırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür:

– Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan?

Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir:

Həqiqətinlə Cahan parlayır Sürəyyatək,

Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm…

 “Azərbaycanfilm” kinostudiyasının ən rahat aktyoru

 

Aktrisanın yaradıcılığında müğənnilik, teatr aktrisası nə qədər çox rol oynayıbsa, kinoaktrisa olaraq fəaliyyət göstərməsi daha böyük əhəmiyyət kəsb edir. O mənada da ki, Münəvvər Kələntərlinin Azərbaycan xalqı tərəfindən sevilməsində, ümumiyyətlə götürdükdə isə keçmiş SSRİ məkanında tanınmasında kino fəaliyyəti xüsusi yer tutur.

Onun kino fəaliyyəti Böyük Vətən müharibəsinin ən qaynar çağında çəkilişləri başlayan «Arşın mal alan» filmindəki Cahan xala obrazı ilə başlayıb. O zaman aktrisa 32 yaşında olub. Yeri gəlmişkən, filmdəki aktyorların hər biri Üzeyir Hacıbəyovun seçimi ilə müəyyənləşib. “Arşın mal alan” filmi yaradıcı heyət üçün uğurlu oldu. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifası və əlbəttə ki, ilk obrazı ilə SSRİ məkanında tanınan aktrisa dövrün ən yüksək mükafatına-SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu filmdən sonra kinostidiyada çəkilən filmlərin əksəriyyətində maraqlı rollara imza atan aktrisa üçün sənət meydanında maraqlı bir dövrün başlanğıcı kimi yadda qalıb.

Aktrisa 10-dan çox sayda bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib. “Arşın mal alan” (1945), “Bakının işıqları”(1950), “Bəxtiyar” (1955), “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Onun böyük ürəyi” (1958), “Əmək və qızılgül” (1962) və s.

Əslində aktrisa ilə yaratdığı obrazlar arasında olan bənzərlik də heç bir zaman diqqətdən qaçmayıb. Bəlkə də rejissorlar bilərəkdən onu özünə bənzəyən obrazlara çəkiblər.  “Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq,  “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyət , lazım gəldiyi zaman sərt, lazım gəldiyi zaman mülayimli nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi. Çəkildiyi filmlərdə maraqlı, yaddaqalan hadisələr çox olurdu, çünkü aktrisa əsasən komediya filmlərində çəkilirdi. Onun obraza özünəməxsusu tərzdə yanaşması və sadəcə bir dublla çəkildiyi filmlərdə olan o mıhşur səhnələri yaratması Münəvvər Kələntərlinin peşəkarlığından xəbər verirdi. Hətta aktrisanın sənət dostu Adil İsgəndərovun onun haqqında söylədiyi və artıq tarixə yazılan kəlimələr hazırda öz qiymətini saxlayır- “Münəvvər Kələntərlinin çəkildiyi filmlərdə yaradıcı heyət yorulmur, çünki aktrisa sadəcə bir dublla obraza öz möhürünü vurmağı bacarır”- Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Münəvvər Kələntərli  peşəkarlığın zirvəsində olan aktrisalardan biri olub. Kino onun həyatının bir parçası olub, doğrudur zamanla film çəkilişlərində aldığı zədələrdən də qaçmaq mümkün deyildi, ancaq nə olur olsun hər zədə yeni yaranan bir sənət nümunəsindən xəbər verirdi. Yeri gəlmişkən, “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlatmaq istərdim. Münəvvər Kələntərlinin qapının arasından baxdığı bir səhnə var, gəlin qaçdığı səhnə, orda qaöı qəflətən açıldığı üçün aktrisa yıxılmış və nəticədə də barmağı sınıb. Ümumiyyətlə kinoda belə hadisələr çox olur.

 

 

Əcəl  aman versəydi yeni bir film çəkilişinə qatılacaqdı…

 

1953-cü ildə aktrisa “Vətən” kinoteatrına direktor müavini təyin olunur. O dövrün kinotetarlarının fəaliyyətindən məlumdur ki, çox qaynar iş sistemi olub. Məhz qaynar iş sisteminə görə Münəvvər Kələntərli sevimli teatrından ayrılmalı olur, ancaq film çəkilişlərinə olan bütün dəvətləri qəbul edirdi. Sanki aktrisa hiss edirmiş ki, onu gələcək nəslə kino tanıdacaq. 1959-cu ildə onun sənəti dövlət tərəfindən qiymətləndilir, əməkdar artist adına layiq görülür.

Sağlam həyat tərzi keçirən aktrisa gümrahlığı, sağlam görünüşü, şux qaməti ilə hər zaman sənət yoldaşlarından seçilirdi. Ancaq gənclik illərində cərrahiyyə əməliyyatı keçirmiş və nəticədə həkimlər böyrəyinin birini götürməli olublar. Səməd Kələntərlinin dediyinə görə, bir böyrəyi olmasa da heç bir zaman xəstələnməzdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Moskvada kino çəkilişlərinə qatıldığı zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya gedir. Məlum olur ki, korbağırsağının əməliyyat olunması lazımdır. Moskvadan döndükdən sonra yenə də özünü yaxşı hiss edir, hətta Daşkəsəndən aldığı film çəkilişlərində iştirak etməyə hazırlaşırdı. Bu filmi həsrətlə gözləsə də çəkilişdən öncə əməliyyat olmağı qərara alır.  Əslində aktrisa bu addımı ilə uzasqörənlik nümayiş etdirib və ən önəmlisi onun üçün kino böyük məsuliyyət yükü idi. Film çəkilişindəki bütün prosesləri nəzərə  alaraq “öncə əməliyyat, sonra film” deyərək 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. “Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, aktrisanı yaxından tanıdığı üçün arxayın salmışdı: «Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam». Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü — Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır”. Əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşayıb, huşsuz vəziyyətdə. Deyilənlərə görə, onu əməliyyat edən professor böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib.

…Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. 51 yaşını mənalı yaşayan aktrisa özünü xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalq sevgisi idi. İllər keçdi ancaq Münəvvər Kələntərli yaradıcılığına olan həvəs, sevgi tükənmədi, əksinə daha da artdı. Bu da o deməkdir ki, səhnəmizin görkəmli xanımı Münəvvər Kələntərli hələ sağlığında ölümsüzlüyü qazanmışdı.

 

 

 

 

 

Azərbaycan Kinosunun yaranmasından 121 il keçir

Bu gün Azərbaycan Kinosu Günüdür, kinomuzun yaranmasının 121-ci ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.xeber100.com  

Avqust 2, 2019 12:31

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə…

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər: Əlizadə Oqtay Mahmud oğlu Rzayev Nazim İsrafil oğlu Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Vidadi Hüseyn oğlu Həsənov Vidadi İsmail oğlu Quliyeva Xalidə Camal qızı “Əməkdar incəsənət xadimi” Azay Adil Çərkəz oğlu “Əməkdar artist” Əlilicanzadə Qorxmaz Məmməd oğlu Namazov Zilli Yunus oğlu “Əməkdar mədəniyyət işçisi” Ağayev Nəsir İsmayıl oğlu Dadaşova Nelli Hacı qızı Hüseynov Nazim Fikrət oğlu Quliyev Babək Barat oğlu Mahmudova Zəkiyyə Güləmi qızı Məmmədov Əli Bala Ənvər oğlu Muxtarova Tamilla Muxtar qızı Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Babayeva Zemfira Baba qızı Sadıxova Zemfira Emin qızı Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.xeber100.com  

Avqust 1, 2019 12:33

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59

Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.Azərtac xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.xeber100.com

Avqust 2, 2018 12:21

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56