Müsəlman ölkəsində qızlar və oğlanların birgə futbol oyunu

2 Fevral 2016 16:50

Xəbər 1735 dəfə oxunub

Azərbaycanın qadınlardan ibarət futbol üzrə U-21 yığmasının baş məşqçisi Patrisiya Qonsales bizim ölkədə qadın futbolunun möhkəm təmələ malik olduğunu hesab edir.

“Azərbaycanda qızlar üçün yarışların strukturu yaradılıb. Qızların 11 il ərzində futbol oynamaq imkanı var.

Müsəlman ölkəsində oğlanların və qızların bərabər futbol oynaması ağlagəlməzdir, bununla yanaşı, rəqabət nöqteyi-nəzərindən qadın futbolunun möhkəm təmələ malik olması çox vacibdir” – Qonsales öz vətənində olarkən ispan KİV-nə bildirib.

Qonsales həmçinin Azərbaycanda ispan futbolunun metodlarını tətbiq etmək cəhdini də vurğulayıb. Amma bu, elə də asan deyil.