Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.Azərtac xəbər verir ki, iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı geniş məsələlər daxil olub. İclas iştirakçıları MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək bir sıra sənədlərin layihələrini bəyəniblər. Söhbət Birlik dövlətlərinin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı haqqında Sazişin, Dövlətlərarası standartlaşdırmaya aid sənədlərin yayılması haqqında Sazişin, Energetikanın innovasiyalı inkişafı və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması sahəsində MDB ölkələrinin əməkdaşlığı Konsepsiyasının və bu konsepsiyanın reallaşdırılması ilə bağlı Təxirəsalınmaz Tədbirlər Planının, habelə 2025-ci ilə qədər olan dövr üçün quduzluğun profilaktikası və ona qarşı mübarizə sahəsində MDB ölkələrinin Birgə Fəaliyyəti Kompleksinin layihələrindən gedir.İqtisadi Şura xidmətlərin azad ticarəti barədə Sazişin layihəsi üzərində işi davam etdirmək üçün Birlik ölkələrinin iqtisadiyyat nazirlərindən (nazir müavinlərindən) ibarət yüksək səviyyəli işçi qrup yaradılmasını qərara alıb və 2018-ci il üçün həmin qrupun iclaslarının qrafikini təsdiq edib.İclas iştirakçıları 2018-2020-ci illər üçün Qazaxıstan Materialşünaslıq Tokamakında elmi tədqiqatlar proqramını təsdiq ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…