Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb.
İclasın yekununda radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, “Radionaviqasiya” Dövlətlərarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə və onun mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə və digər sənədlər imzalanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…