İyunun 10-da Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçiriləcək.Azərtac MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, görüşün gündəliyinin layihəsində 9 məsələ var. Şura üzvləri 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Əməkdaşlıq Proqramının icrasının gedişini müzakirə edəcək, 2021-2025-ci illər üçün analoji proqram layihəsinə dair təklifləri nəzərdən keçirəcəklər.Bundan əlavə, Ekspert Şurası şəkərli diabet xəstəliyinə tutulma hallarının artmasına qarşı mübarizədə MDB ölkələrinin əməkdaşlığına dair 14 noyabr 2008-ci il tarixli Sazişin aktuallaşması məsələsini nəzərdən keçirmək, bir sıra başqa məsələləri müzakirə etmək niyyətindədir.Şəkərli diabet ürəyin işemiya xəstəliyinin və miokard infarktının inkişafı etməsi riskini iki dəfə, böyrəklərin patologiyası riskini 17 dəfə, aşağı ətrafların qanqrenası riskini 20 dəfə, arterial hipertenziya riskini 3 dəfə artırır. Kor olmanın səbəbləri arasında birinci yeri diabet tutur. Gözdən əlil şəxslərin yarısından çoxu bu xəstəlikdən əziyyət çəkir.Hər il 4 milyondan çox insan diabetin fəsadları ucbatından dünyasını dəyişir. Ölümlə nəticələnmə göstəricisinə görə şəkərli diabet ürək-damar xəstəliklərindən və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…