“Hazırda ali məktəbi bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir”. Bunu təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”ın üzvləri ilə görüşdə çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəm öz biznesinə başlayan sahibkarlara aid deyil: “Ali məktəblər var ki, bu rəqəm daha yüksək, elə ali məktəblər var ki, daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm iqtisadiyyatdan, həm də iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz sifarişə daha keyfiyyətli cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr istehsal etsin. Ən yaxşı halda əmək bazarına buraxdığımız mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…