Nəfəsalmada problemi olanların diqqətinə…

30 Mart 2016 14:31

Xəbər 2151 dəfə oxunub

Sağlam insan nəfəsalmasını hiss etmir. Bu belə olmalıdır. Bəzi hallarda insan nəfəsalmanın sürətlənməsini, çətinləşməsini hiss etməyə başlayır.

saglamolun.az bildirir ki, bu fiziki gərginlik, güclü stress zamanı mümkündür.

Lakin bəzən hətta sakit vəziyyətdə olduqda və ya çox cüzi fiziki gərginlikdən (piyzda getmək, pilləkənlə qalxmaq və s.) sonra insan nəfəsalmanın pozulmasını hiss etməyə başlayır. Bu ciddi simptomdur və buna mütləq fikir vermək lazımdır. Nəfəsalmanın pozulması çox ağır xəstəliklərin simptomu ola bilər.

Əgər insan nəfəs aldıqda çətinlik çəkirsə, bu ürək-damar sistemi xəstəliklərinin simptomu ola bilər.

Əksinə insanda nəfəs vermə pozulubsa, bu tənəffüs sistemi xəstəliklərindən xəbər verə bilər.

Nəfəs almanın pozulması bu kimi hallarda mümkündür:

– pnevmoniya (ağciyər iltihabı)

– ürək çatışmamazlığı

– bronxial astma

– ağciyərin enfizeması

– ağciyər xərçəngi

– ağciyər arteriayasının tromboemboliyası

– xroniki obstruktiv ağciyər xəstəliyi

– ağır anemiya (qanazlığı)

– tireotoksikoz (qalxanvari vəzinin funksiyasının artması)

– nevroloji pozulmalar (məsələn, panik ataka, nevroz)

– döş qəfəsində şişlərin inkişafı

– burun çəpərinin əyriliyi.

Əgər siz sakit vəziyyətdə olduqda nəfəsalmanın tez-tez çətinləşməsini hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Bu çox ciddi simptomdur. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq, hematoloq və s.) müayinələrinə göndərə bilər.

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05