Sabunçu-Zabrat yolunda işıqforların vaxt planlarında dəyişiklik edilib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yolboyu işıqforların vaxt planlarında dəyişiklik olunub. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.Hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır.Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…