Noyabrın 26-27-də Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək. Konfrans dayanıqlı çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına, nəqliyyatın bütün növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsinə yardım göstərilməsi haqqında BMT Baş Məclisinin 70-ci sessiyasının qətnaməsinə müvafiq olaraq təşkil edilir. Konfransın gündəliyində nəqliyyat və ətraf mühitin dəyişməsi, energetika və nəqliyyat, şəhər nəqliyyat sistemi və şəhərlər ilə kəndlər arasında yol-nəqliyyat kommunikasiyaları, nəqliyyat sahəsinə investisiya və onun maliyyələşdirilməsi, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları, çoxtərəfli nəqliyyat dəhlizlərinin inkişafı, yol hərəkətinin təhlükəsizliyi kimi aktual məsələlər yer alıb. Konfrans çərçivəsində bir sıra beynəlxalq konvensiya və sazişlərin imzalanması nəzərdə tutulur. Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun iştirakı gözlənilir.BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U.Xunbo deyib: “Bu, BMT tarixində nəqliyyatın inkişafına həsr edilən ilk konfransdır ki, dayanıqlı inkişafın irəlilədilməsində və iqlim dəyişikliyinə qarşı mübarizədə nəqliyyatın vacib rolunun dərk olunmasına yönəlib”. BMT nümayəndəsi vurğulayıb ki, bu gün dünyada bütün istixana qazları tullantısının 25 faizi hələ də ekoloji dayanıqlı olmayan nəqliyyatın payına düşür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…