Daşkənddə 16-cı beynəlxalq “Nəqliyyat və logistika – “TransUzbekistan-2019” sərgisi keçirilib.Azərtac xəbər verir ki, sərgidə 15 ölkədən 70 nəqliyyat və logistika şirkəti iştirak edib. Ölkəmiz bu sərgidə “ACSC Logistics” MMC ilə təmsil olunub. Azərbaycan guşəsinə gələnlərə şirkətin fəaliyyəti haqqında məlumat verilib, Özbəkistanın və iştirakçı dövlətlərin nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.Şirkətin baş direktoru Azər Məmmədov Azərtac-ın müxbirinə deyib ki, şirkət marşrutun seçilməsi ilə bağlı məsləhətlər verir, nəqliyyat marşrutlarının dəniz və dəmir yolu sahələrində tarifləri müəyyənləşdirir, Xəzər və Qara dəniz limanlarında daşıma və mühafizə, habelə Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə logistik xidmətləri həyata keçirir, logistik təhlil və multimodal daşıma, yolboyu yüklərə nəzarəti təmin edir, Azərbaycan, Qazaxıstan və Gürcüstanda logistik xidmətlər göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…