“Dərnəgül” metro stansiyası yaxınlığında Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılmasına başlanılıb.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, Bakı Nəqliyyat Agentliyi yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. Artıq metronun “Dərnəgül” stansiyası yaxınlığındakı ərazidə növbəti Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq.Qeyd edək ki, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra, avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinin imkanlarından asılı olaraq, bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…