Nəsibə Zeynalovanın xatirəsinə…

13 Aprel 2016 23:09

Xəbər 2224 dəfə oxunub

Bu il görkəmli gülüş ustası Nəsibə Zeynalovanın 100-cü ildönümüdür.  Ancaq nə olur olsun aktrisa haqqında keçmiş zamanda danışma mümkün deyil. Bəlkə də ona görə ki, Azərbaycan səhnəsində onlarla obrazlar yaradaraq teatr və kino tarixinə adını əbədi həkk edən aktrisa bununla da özünə əbədiyyət qazandırdı…

Bəlkə də ata Cahangir Zeynalovun yolunun layiqli davamçısı Nəsibə Zeynalova yerini oğlu Cahangir Zeynalova verməklə əbədiyyəti qapısını açmağa nail oldu. Əslində bəlkələr çox olsa da, bir həqiqət var ki, səhnəmisin Nəsibəsi ömrünü səhnə həyatına həsr edrək, müxtəlif səpgili obrazlar yaradaraq mədəniyyət tarixinə adını layiqli şəkildə yazdıraraq çoxsaylı tamaşaçı kütləsinin sevgisini qazana bildi və bu sevgi heç bitmədi.

Aktyor üçün bünövrə böyük əhəmiyyət kəsb edir və Nəsibə Zeynaşlovanın aktrisa akimi yetişməsində əlbəttə ki, onun atasından gəlmə güclü sənət sevgisi böyük rol oynayırdı. O,  Azərbaycan realist aktyor məktəbinin layiqli nümayəndələrindən biri kimi formalaşdə, şöhrət qazandı.

Çətin  günlərin, çətin həyat tərzinin uşaqları tez böyüyür, hətta uşaqlıq illərini yaşamadan böyüyür deyirlər…Bu heç də təsadüfi deyilən bir kəlimə deyil. Hələ iki yaşı olan atasını itirən Nəsibə bunun nə demək olduğunu anlamasa da atasızlıq dərdini illər uzunu qəlbində yaşadacaqdı, yaşatdı belə…Onui ayaqdaa tutan sadəcəc atasıənın arzusuyla əsl aktyoir kimi yetişmək idi. Bunun üçün sadəcəc oxumaqla kifayətlənmək olmazdı, təcrübə əsas şərtdi. Mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəb illərində rəqqasəlik edərək, milli rəqslərin bütün incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olan aktrisa sonralar mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bəhs etdiyimiz teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bu teatrda bir neçə il aktrisalıq edən Nəsibə Zeynalova 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi fəaliyyətə başlayır. Və məhz həmin ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova hələ tələbəlik illərində Katarina («Şıltaq qızın yumşalması», Vilyam Şekspir), Elvira («Don Juan», Jan Batist Molyer), Yelizaveta («Mariya Stüart», Fridrix Şiller) və s. rollar oynayıb.

 

Musiqili Komediya Teatrına bağlanan ömür

 

Əslində əbədiyyət sözünün özündə uzun bir dövrü əhatə edən məqamlar da gizlidir. Aktrisa ömrünün əsas hissəsini doğma Musiqili Komediya Teatrına bağlayıb. Nəsibə Zeynalova  milli operettalarımızın tamaşalarında Sənəm «Ər və arvad», «Arşın mal alan» və «Məşədi İbad», Mələk xanım və Kələk xanım «Əlli yaşında cavan” kimi xarakterik səhnə obrazlarında çıxış edərək özünü hər janrın aktrisası kimi təsdiq edib. Onun zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale («Keto və Kote», Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina («İki ağanın bir nökəri», Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım («Məhəbbət gülü», türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma («Şirin arzular». Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya («Tiflis nəğməsi», Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam («Qız anası», («Sevgilimin anası»), Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var.

Aktrisanın yaradıcılığının parlaq dövrü musiqili komediya əsərlərinin tamaşalarındakı komik personajların ifası ilə bağlıdır. Bu baxımdan Nəsibə xanımın yatardığı Xanpəri, Nargilə, Məsmə, Züleyxa,  Tükəz, Tərlan,  Zemfira,  Rəxşəndə, Münəvvər, Kəblə Fatma, Mərcan,  Cəhri xala, Əsmət, Cənnət xala, Gülyanaq,  Fatma xala, Rəxşəndə və b. onlarla obrazlar teatr tarixinin yaddaşına əbədi həkk olundu. Bəhs olunan obarzların hər birində aktrisanın özünəməxsus əlavələri və ya əksinə obrazın bir qədər dəyişdirilərərk daha ahəngdar olmasını saxlamaq üçün ssəmimiyyətdən geniş istifadə etməsi Nəsizə zeynalovaya xas keyfiyyətdir. Aktrisa fəaliyyəti dövründə yomor diliylə olsa da müsbət obrazlarla yanaşı mənfi obrazlar da oynadı, ancaq onun mənfi obrazları da səmimi olaraq qəbul olundu. Tamaşaçı sevgisis aktrisanın peşəkarlıkla təqdim etdiyi obrazlarda özlərinə aid olan məqamlaarı hiss edincənarahat olmadılar, əksinə nəticə çıxartmağa çalışdılar. Əslində elə teatr, kino  aləmi  tərbiyəvi rol oiynayır və tamaşaçı baxdığı hər bir sənət nümunəsindən özü üçün nəticə çıxatmağı bacarmalıdır.

Teatr səhnəsi aaktor üçün böyük bir məktəbdir. Xüsusilə Nəsibə Zeynalova kimi ustad aktrisalarla eyni səhnəni paylaşan aktyorlar sanki ikinci bir məktəb görüblər. Əgər Nəsibə Zeynalova ilə səhnəyə gələn aktyor nəsli sənətin sirlərini çətin şərtlərdə fəaliyyət göstərək, sənətin bütün qoları üzərində sənəti yaaşadaraq sirləri öyrənirdisə, onlardan sonra səhnəyə gələn nəsil artık səhnədə gördüyü məktəbdən-ustadlardan öyrənirdi

Bu baxımdan Nəsibə Zeynalova məktəbi böyük məktəb idi.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda çıxış edən aktrisa teatrda çalışdığı illərdə dəfələrlə  qastorl səfərlərində iştirak edib, bölgələrdə olan tamaşaçılarının qarşısısnda çıxış edib. Bunun nəticəsidir ki, aktrisanın səhnə fəaliyyəti  dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.

Daima sevərək izlədiyimiz “Hicran» musiqili komediyasındakı aktrisa Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adını qazanıb. Hələ  1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə «Aktrisanın təbəssümü» televiziya filmi çəkib.

Sadaladıqlarım sadəcə bir qisimdir, sonrakı fəlaiyyətində Nəsibə Zeynalova dəfələrlə mükfatlara layiq görüldü. Hər bir aktyor fəaliyyətinin dövlət tərərfindən yüksək qiymətləndirilməsini nə qədər çox istəsə də önəmli olan tamaşaçı sevgisidir. Bunu artıq sənət adamları da təsdiqləyir ki, tamaşaçı aktyoru yüklsək zirvəyə qaldırandır, tamaşaqçı sevgisi olmazsa, qazanılan mükafatlaarın heç bir əhəmiyyəti yoxdur

 

İmprovizənin mahir ustası

 

Nəsibə Zeynalovanın sənətkarlıq zirvəsinə yüksəlməsində onun tamaşalarda etdyi improvizələr böyük rol oynayıb. Təsadüfi deyil ki, aktrisa improvizənin mahir ustası kimi tanınırdı. Teatr səhnəsində əsasən tərərfmüqabil kimi qraşılaşdığı Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynayana Nəsibə Zeynalova üçlük adlandırlıan bu qrupda improvizəsiz qala bilməzdi. Çünki teatr tarixindən də bəllidir ki, adlarını çəkdiyimiz aktryoların hər biri hazırcavab aktyor kimi tanınıblar. Belə bir üçlükdə illərlə səhnəni paylaşan aktrisa əlbəttə ki, improvizə ustası kimi yetişəcəkdi.

Ən maraqlısıs odur ki, Nəsibə Zeynalova eyni obrazı dəfələrlə oynasa da hər dəfə fərqli əılavələrlə tamaşaçılarını yaxşı mənada təəccübləndirə bilirdi. Zənnimcə, “Hicran” tamaşasının adını çəkmək kifayətdir. Tamaşa haqqında dəfəflərlə verilən məlumatlardan, hətta taamaşada iştirak edən aktyorların xatirələrindən belə məlum olur ki, səhnədə tamamilə fərqli göstərilən tamaşa hər dəfə təqdim olunduqqca daha da cilalanıb, inkişaf edib, nəticədə də daha çox komik ştrixlkəri özündə birləşdirib.

Tamaşa var ki, aktyorun rolu üzərində qurulur və bu tamaşanın təqdimatında bütün gözlənti, uğur aktyora bağlı olur. Ancaq tamaşa var ki, əsərin gücü nəticəsində aktyora ifa gücü verir. Istər əsərin söz zənginliyi, istərsə də hadisələrin gedişatı aktyoru obrazın ardınca aparır. Nəsibə Zeynalova elə aktrisa idi ki, o obrazı özününküləşdirməyi bacarırdı. Obrazın xarakterini öyrənən aktrisa onun necə hərəkət etdiyini, yerişini, duruşunu, gülüşünü, bir sözlə obraza malik bütün xüsussiyyətlərini asanlıqla tapır və obraza tamaşaçı sevgisini qazandırırdı. Bütün bunların araxasında isə böyük zəhmət dayanır, aktyorun rol üzərində olan iş prosesi…Bəlkə indi səhnə, sənət sözü bir qədər adiləşib, bəlkə zaman, dövr, texnologiya əsri insanları sənətdən, səhnədən bir qədər uzaqlşadırıb və s. Yəni, geniş düşünmək olar, geniş də çıxartmaq olar, ancaq nə olur olsun bir məqamı heç bir zaman unutmamalıyıq-səhnə, sənət kimi sözlər məhz ustda aktyorların sayəsində bu günə gəlib çıxıb, onloar bünövrə rolunu oynayır və sənət tarixi məhz elə aktyorların adı ilə yazılıb, əbədiyyətə həkk olunub. Nəsibə Zeynalova bünövrə rolunu oynayan aktorların içində özünəlayiq yeri tutmağı bacardı.

 

Səhnəmizin “Qaynana”sı

 

Nəsibə Zeynalova  teatr aktrisaı kimi ömrünün sonuna qədər Musiqli Komediya Teatrının səhnəsində maraqlı obrazlar oynadı, ancaq onu tamaşaçıya geniş tanıdan “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətində rol alması idi.  “Ögey ana” “Böyük dayaq”, “Ulduz”, “Bəyin oğurlanması”, “Bağlı qapı”, “Yuxu”, “Bizim Cəviş muəllim”, “Qanun naminə”, “Mən mahnı qoşuram” “Qorxma, mən səninləyəm”, “Bizim küçənin oğlanları”, “Dəli Kür”, “Güllələnmə Təxirə salınır”, “Xoşbəxtlik Qayğıları” və b. filmlər buna canlı misaldır. Bu filmlərdəki obrazların hər biri yaddaqalıan olsa da və xüsusilə aktrisa abütün obrazlarına eyni cür yaxınlaşaraq böyük zəhmətlə ərsəyə gətirsə də, səhnə onu sənət tarixinə qaynana obrazı ilə yazdı. Qaynana obrazı aktrisaya  sənət vəsiqəsi qazandırdı. Teatr səhnəsində oynanılan qaynana günlərin birində kinirejissor Hüseyn Seyidzadənin quruluşunda çəkilərək kino tarixinə yazıldı. Aktrisa müsahibələrinin birində teatr və kinoda yatardığı qaynananı xarakterizə edib: “Adətən aktyorlar yaradıcılıq la­bo­ra­to­ri­ya­sı­nın qa­pı­sı­nı aç­maq is­tə­mir­lər. Kim bi­lir, bə­lə­kə də haq­lı­dır­lar. Ümu­miy­yət­lə, ya­rat­dı­ğım ob­raz­la­rın ha­mı­sı­nı hə­yat­dan gö­tür­mü­şəm. Hə­yat, ət­raf mü­hit, gör­dü­yüm adam­lar mə­nim üçün əsil ma­te­ri­al mən­bə­yi­dir. Qay­na­na ob­ra­zı ət­ra­fın­da-qo­hum-əq­ra­ba­da, yaş­lı qa­dın­lar­da, qay­na­na­lar­da gör­dü­yüm müx­tə­lif ciz­gi­lər əsa­sın­da for­ma­la­şıb. Hər də­fə “Qay­na­na” ta­ma­şa­sın­da səh­nə­yə çı­xar­kən bərk hə­yə­can ke­çi­rir­dim. Çün­ki se­və­rək ya­rat­dı­ğım ob­ra­zın ne­cə qav­ran­ma­sı, ver­di­yim ştrix­lə­rin ne­cə qar­şı­lan­ma­sı ba­rə­də dü­şü­nü­rəm. Bil­mək is­tə­yi­rəm ki, mə­nim fik­rim, ştrix­lə­rim, hə­rə­kət­lə­rim ta­ma­şa­çı­ya ay­dın­dır, ya yox. Mə­sə­lən, so­nun­cu pər­də­dən bir epi­zo­du ya­dı­nı­za sal­maq is­tər­dim. Ar­tıq mə­sə­lə həll olu­nub, gə­li­nim evə qa­yıt­ma­lı­dır. Qon­şum Mü­la­yim gö­zay­dın­lı­ğı ve­rə­rək, kon­fet qu­tu­su gə­ti­rir. Baş­qa vaxt­da bəl­kə də otu­rub onun­la  da­nı­şar­dım. La­kin in­di is­tə­yi­rəm çı­xıb get­sin. Və bu za­man te­le­fon zən­gi­nə ca­vab ver­mə­yə ha­zır­la­şan Qay­na­na üzü­nü Mü­la­yi­mə tu­ta­raq de­yir: “Bəl­kə çox da­nış­dım, sən ye­ri get…” Ta­ma­şa­çı bu­na gü­lür. Nə olar, qoy gül­sün. Am­ma bil­mək is­tə­yi­rəm nə­yə gü­lür. Az qa­lı­ram ta­ma­şa­nı sax­la­yıb  so­ru­şam ki, nə­yə gü­lür­sü­nüz. Ola bil­sin ki, ta­ma­şa­çı qay­na­na­nın qo­na­ğa çay tə­da­rü­kü gör­mək is­tə­mə­mə­si­nə, yə­ni si­mic­li­yi­nə gü­lür. An­caq tək­cə bu de­yil. Qay­na­na Mü­la­yi­min get­mə­si­ni bir də ona gö­rə is­tə­yir ki, gə­li­ni ilə ne­cə gö­rü­şə­cə­yi­ni gör­mə­sin. Axı, o, bir az əv­vəl öyü­nə­rək de­yib  ki, gu­ya gə­li­ni ona yal­va­rıb-ya­xa­ran­dan son­ra evə  qa­yıt­ma­sı­na ra­zı­lıb ve­rib. Əs­lin­də isə be­lə de­yil. Və əgər Mü­la­yim gə­lin gə­lən­də bu­ra­da olar­sa, şüb­hə­siz, baş­qa səh­nə­nin şa­hi­di ola­caq. Qay­na­na isə qü­ru­ru­nu itir­mək is­tə­mir. Gö­rür­sü­nüz­mü ki­çik bir ştrix­də ne­cə bö­yük və in­cə  mət­ləb var. Se­vin­di­ri­ci hal ora­sın­da ol­du ki, Qay­na­na bir ob­raz ola­raq ek­ra­na da çıx­dı”.

Bahar fəslində doğulan Nəsibə Zeynalova elə baharda da dünyasını dəyişdi. Aktrisa cismən aramızda olmasa da , bahar təravətli obrazları ilə daima bizimlə  qalacaq…

Xədicə QİYAS

 

 

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri”…

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin mədəniyyət sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Konfransda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və b. çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Daha sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.xeber100.com

May 6, 2026 15:04

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Şekspir” tamaşasının nümayişi olub

Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub. Elçinin xatirəsinə həsr olunmuş tamaşanın nümayişi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib. Gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdürü və müavini, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova, eləcə də tanınmış  mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb. Qeyd edək ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb. Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Tamaşada Rəşad Kəsəmənlinin oynadığı obrazın özünü Sovet dövlətinin lideri İ.V.Stalin hesab etməsi, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşaması, Əməkdar artist Hüsniyyə Mürvətovanın oynadığı obrazın özünü məhşur fransız aktrisası Sara Bernar bilməsi və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşaması, onun Tural Əhmədin oynadığı Drob13 ilə yaşadığı hisslər, bir yerdə özlərini Romeo və Cülyetta kimi hiss etmələri, Ülviyyə Rzanın oynadığı həkimin şəxsi həyatından qaynaqlanan əsəbi durumunun iş həyatına da mənfi təsir etməsi, Toğrul Rzanın Veneralı rolunda saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləməsi, Elçin Muradovun ifa etdiyi baş sanitarın xəstələrə olan münasibəti, onlar üçün ayrılan  qidalardan bəhrələnməsi və sonda səhvini başa  düşməsi, aktrisa Zülfiyyə Qurbanovanın oynadığı rol vasitəsilə daim öz ikili təbiətinin problemləri ilə yaşaması, İlqar Musayevin oynadığı  baş həkimin xəstələrin xəyali dünyasını dərk etməyə çalışması və  sonda xəstə kimi müalicə olunan insanların əslində öz dünyalarında rahat yaşamasını qəbul etməsi, eləcə də Namiq Cavadovun və Rəşid Soltanovun oynadığı sanitar rollarının öz sakitliyini qoruyaraq xəstələrə olan münasibəti tamaşaçıya mesaj verməklə yanaşı onu düşünməyə vadar edirdi. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib. “Şekspir” tamaşası tamaşaçı auditoriyasının böyük maraqla qarşıladığı və baxaraq düşündüyü səhnə əsərlərindən biridir. Tamaşa bitincə salondan qopan alqış sədaları bunu bir daha təsdiq etdi. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri,Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Rollarda iştirak edirlər: İlqar Musayev(baş həkim), Ülviyyə Rza(həkim), Hüsniyyə Mürvətova(Əməkdar artist)-Sara Bernar, Rəşad Kəsəmənli(İosif Stalin), Zülfiyyə Qurbanova(Ər-arvad), Tural Əhməd(Drob 13), Toğrul Rza(veneralı), Elçin Muradov(sanitar), Rəşid Soltanov(I sanitar), Namiq Cavadov(II sanitar).xeber100.com  

May 6, 2026 14:53

TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub

Aşqabadın “Mukamlar” sarayında TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub. Tədbir türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq musiqi irsinin təbliğinə həsr olunub. Konsert proqramı Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın musiqi nümayəndələri ilə yanaşı, Azərbaycanı tanınmış opera ifaçıları Əməkdar artist Fəridə Məmmədova və Taleh Yəhyayev təmsil ediblər. Azərbaycan ifaçılarının təqdimatları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onların ifasında təqdim olunan klassik musiqi əsərləri Azərbaycanın zəngin mədəni irsini və dərin musiqi ənənələrini əks etdirərək, ölkəmizin incəsənət sahəsində malik olduğu yüksək yaradıcı potensialı bir daha nümayiş etdirib. Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Konserti izləyən Azərbaycanın Türkmənistandakı səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.xeber100.com

May 4, 2026 14:47

“Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub. Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov, Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb. Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı-sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.xeber100.com  

Aprel 2, 2026 09:18

Əbədiyyətə qovuşan ömür…

-Həyat çox gözəldi, Rasim müəllim... -Nəyi gözəldi, hara baxırsan müharibələr, haqsız axıdılan qanlar, tökülən göz yaşları, təbiət belə insanla artıq oyun oynayır...hanı tanıdığım, bərabər çalışdığım insanlar, hanı o Azərbaycan kinosunun qaynar iş sistemi, bir-birinin ardınca çəkilən filmlər, rəqabət hanı?! Demək istərdim ki, bütün bunlara baxmayaraq həyat yenə də gözəldi, ancaq o Rasim Balayev idi, dediyin sözün kəsəri var idi, ağılla düşünən, məntiqli cavablar verməyi bacaran, daima hazırcavablığı ilə, uzaqgörənliyi ilə seçilən qəhrəmanımız idi... Bu dünyadan bir Rasim Balayev keçdi... Ölkəmiz müstəqillik əldə etdiyi üçün, ağır bir sistemdən çıxaraq azadlığa qovuşduğumuz üçün çox xoşbəxt idi, ancaq yenə də nə isə çatmırdı, hər zaman nigaran idi...Uşaq səmimiyyətilə olan gülüşünün arxasında sanki narahat duyğular özünə yer eləmişdi... Bütün şöhrətə qovuşmuş, “Azərbaycanfilm”lə yanaşı, eyni zamanda dünyanın bir çox kinostudiyalarının istehsal etdiyi önəmli sənət nümunələrində yer almış, yüksək əxlaqi keyfiyyətləri ilə ətrafında üstünlük nümayiş etdirməyi, Allahın bəxş etdiyi gözəl siması ilə yaratdığı portret obrazları özününküləşdirməyi bacarmış və ən önəmlisi isə xoşbəxt ailə səadəti yaşayan bir insanın nigarançılığı nə ola bilərdi?! Əlbəttə ki, kinomuzun yaşadığı böhran, çəkiliş meydançalarının boş qalması, filmə çəkilməyi gözləyə-gözləyə qocalan gənc aktyorların, film çəkmək üçün sıra gözləyən və gözləmə zamanı artıq sağlam rəqabətdən betər eybəcərliklərin ağuşunda qalan rejissorların taleyi, kinoda olan operator, səsləndirmə, musiqi işlərinin hamısının sıradan çıxması və daha nələr... Bütün bunları sadəcə aktyor kimi deyil, illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri kimi çalışdığı illərdən düşünürdü, çıxış yolları axtarırdı... Kütləvi informasiyalar vasitəsilə verdiyi müsahibələrin hər birində kinonun yaşadığı böhranla bağlı həyəcan təbili çalırdı...Axı bünövrə var, əgər bu bünövrənin üzərində dayanmasaq, o zaman hər şey məhv olacaq... Azərbaycan kinosunda yaratdığı qəhrəman obrazlar silsiləsi ilə, vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəslə vətənpərvərlik ruhu aşılayan Rasim Balayev üçün kino sənəti daim zirvə hesab olunub. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunu tapmanın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsini vacib amillərdən biri hesab edib. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar yaradan Rasim Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarıb. O, sadəcə sənət haqqında düşünmür, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirərək deyirdi ki, planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm.Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar... Kino üçün nə bacarırdı etdi, hətta bacarmadıqlarını da etdi, yəqin ki, özü ilə bərabər nigarançılığını, çarəsizliyini də apardı... O, özünü qəhrəman hesab etmirdi, deyirdi ki, mən Babək, Nəsimi, Beyrək, Cavid deyiləm. Bunların hər biri obrazdır və mən bacardığım qədər bu obrazları dolğun yaratmağa çalışmışam. Xalq isə sevimli aktyorunu artıq çoxdan qəhrəman elan etmişdi. O, Nəsimi kimi poeziyanın vurğunu idi, Babək kimi qəhrəmanlıq ruhunda idi, Beyrək kimi döyüşmək gücündə idi, Cavid kimi sözü birbaşa deməyi bacarırdı. Qəhrəmanlarından onda, ondan da qəhrəmanlarında nəsə var idi, sanki bir-birinə bağlayan bir bağ kimi... Rasim Balayev elə sənətkarlardan idi ki, uşaqdan-böyüyə hamının sevgisini qazanmışdı. Orta məktəblərdə, ali təhsil ocaqlarından onunla keçirilən görüşlərdən bu sevgini hiss etməmək mümkün deyildi. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı yaxşı bacarırdı. Hələ xanımlara olan münasibətində necə ata, qardaş nəvazişi göstərirdi, bunu sözlə ifadə etmək çox çətindir...Belə yüksək keyfiyyətləri hər adam daşıya bilməzdi...Deməli Uca Yaradan tərəfindən seçilmişdiniz...Siz Allahı da sevirdiniz, dini də sevirdiniz, milləti, ölkəni də sevirdiniz, ürəyiniz sevgi dolu idi Rasim müəllim. Məhz bu səbəbdən dünyanın belə böhran vəziyyətə düşməsini, bütün sahələrdə olan mövcud durumu, ən böyük təbliğat vasitəsi olan kinomuza laqeyd münasibəti qəbul etmək istəmirdi... Getmək üçün çox tələsdiniz, bəlkə də çıxış yolunu getməkdə gördünüz...Ölümü sizə heç yaraşdırmadıq Rasim müəllim... Həmişə bizimlə olacaqsınız, ruhunuz şad olsun!xeber100.com  

Aprel 2, 2026 08:56

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb

Prezident Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgiləri təşkil edilib. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgilərdə Azərbaycan xalqına qarşı XX əsrdə həyata keçirilmiş soyqırımı, deportasiya və etnik təmizləmə siyasətini əks etdirən elmi, tarixi və sənədli nəşrlər yer alıb. Ənənəvi sərgidə nümayiş olunan materiallar geniş tarixi-coğrafi arealı əhatə edir. Bu nəşrlərdə Göyçə mahalı, Quba, Şamaxı, İrəvan və Naxçıvan bölgələrində baş vermiş kütləvi qırğınlar təsvir olunur. Eyni zamanda, Cənubi Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar tarixi mənbələr əsasında işıqlandırılıb. 1918-ci il mart soyqırımı, Türk Qafqaz İslam Ordusunun fəaliyyəti, erməni terrorizminin genişlənməsi və mədəni-dini irsə qarşı yönəlmiş vandalizm aktları da nəşrlərdə ətraflı şəkildə əks etdirilib. Prezident Kitabxanasında “Azərbaycanlıların Soyqırımı” adlı virtual kitab sərgisi də yenilənərək istifadəyə verilib. Virtual sərgi mövzu üzrə materialları sistemli şəkildə bir araya gətirir və tarixi sənədlər, elmi araşdırmalar və canlı xatirələr əsasında hadisələrin mahiyyətini ətraflı nümayiş etdirib. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təqdim olunan bu sərgilər Azərbaycan tarixinin faciəli səhifələrinin anılması, tarixi yaddaşın qorunması və elmi biliklərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.xeber100.com

Aprel 1, 2026 11:54

Milli Xalça Muzeyində milli geyimlərə həsr olunmuş sərgi açılıb

Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyim və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisi açılıb. Sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “Arts Council Azerbaijan” təşkilatının, Azərbaycan Milli Xalça Muzeyinin və Aİ-yə üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə təşkil edilib. Tədbirdə muzeyin direktoru Əminə Məlikova ziyarətçilərə unikal eksponatları təqdim etmək imkanına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciçə minnətdarlığını bildirib. Layihənin konsepsiyası barədə danışan direktor qeyd edib ki, sərgidə muzeyin “qızıl kolleksiyası”ndan olan bir neçə xalça – əsasən XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə aid Qarabağ xalçaları nümayiş olunur. Sərginin əsas mövzusu çiçəklənmə və rifahın rəmzi kimi gül motividir. Bu motiv səkkiz Avropa ölkəsinin və Azərbaycanın milli geyimlərini bir ideya ətrafında birləşdirib.Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdirilir. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, müxtəlif tarixi dövrlərdən gələn adət-ənənələrini, fərqli kimliklərini və geyimlərin bəzək xüsusiyyətlərini əks etdirir. Sərgi fevralın 21-dək davam edəcək.xeber100.com

Fevral 18, 2026 11:03

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Mənim şəhər dünyam” (My Urban World) adlı beynəlxalq fotomüsabiqə təşkil edilir. İctimai Birlikdən bildirilib ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) akkreditasiyasından keçmiş fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir. Müsabiqəyə insanyönümlü şəhər, mədəni irs, tarixi binalar, yeni ilə köhnənin yanaşı mövcudluğu, əsrlərin və üslubların harmoniyası, yaşıl şəhər, ekoloji şəhər, “ağıllı şəhər”, təhlükəsiz şəhər, tikinti, yenidənqurma və bərpa işləri, sökülmüş, dağıdılmış tikililər, tərk edilmiş ərazilər, təhlükə altında olan şəhər zonaları, zamanın şəhər üzərində qoyduğu izlər, gündüz və gecə şəhəri, insanlar və şəhərlər və s. kimi mövzularda şəhərsalma prosesini əks etdirən şəkillər qəbul edilir. Müsabiqədə iştirak üçün son müraciət tarixi 2026-cı il aprelin 30-dur. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Sinqapur, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Həmçinin WUF13-ün təşkil olunduğu mayın 17-22-də fotosərginin keçirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 2, 2026 11:03

Romada keçirilən “Muzeylərdə Musiqi 2025” təşəbbüsü çərçivəsində

İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) təşəbbüsü çərçivəsində Azərbaycan milli musiqisi şəhər ictimaiyyətinə təqdim olunub. Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il İtaliyanın “Zetema Mədəniyyət Layihəsi” tərəfindən tədbirə xüsusi qonaq qismində dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Romanın Trastevere rayonunda yerləşən Roma Muzeyində təşkil edilib. Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib, qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib, ifaçılar təqdim olunub. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov konsert iştirakçılarını salamlayaraq, tədbirin təşkilatçılarına, o cümlədən Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsinə təşəkkürünü bildirib. Səfir qədim “Balaban sənətkarlığı və ifaçılıq sənəti”nin 2023-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb. Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulanıb.xeber100.com

Dekabr 2, 2025 12:54