Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nadir kitab fondunun inciləri” təqdim olunub.MEK-dən Azərtac-a bildiriblər ki, tədbirdə kitabxananın direktoru Leyla İmanova belə təqdimatların keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, “Azərbaycan tarixi dünya rəssamlarının əsərində” albomunun çapa verildiyini və bir neçə ay ərzində istifadə olunacağını qeyd edib.Bildirilib ki, hazırda nadir fondda 15 min 37 kitab qorunub saxlanılır. Bunlardan 759-u XX əsrin 30-cu illərində Azərbaycan dilində nəşr olunmuş ədəbiyyatdır. Fondun tərkibini nəşr tarixinə, ölçülərinə görə incilər sayılan kitablar təşkil edir. Fondda nəşr tarixinə görə ən qədim kitab 1508-ci ildə qədim latın dilində çap olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adlı ədəbiyyatdır. Nadir fondun həcmcə ən iri kitabı (54×64 sm) Edvard Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebıl – London, 1893” əsəridir. Ən kiçik kitab (3,5×4,5 sm) Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir. Fondda tərtibatı ilə xüsusi olaraq seçilən ədəbiyyat isə firuzə qaşlarla bəzədilmiş “Ebers G.Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879” kitabıdır.Qeyd olunub ki, “Azərbaycan miniatürləri”, “Azərbaycan tarixi muzeyinin sikkə kolleksiyası” və “Azərbaycanın sikkələri” kimi nəşrlər də fondun incilərindən sayılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…