Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir.Azərtac xəbər verir ki, bu şəhərdə 1961-ci ildən keçirilən gül bayramı hər il şəhər sakinlərini və qonaqları özünə cəlb edir.Yubiley bayramında Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak ediblər.Gül festivalı güllərlə bəzədilən 150-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərinin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Maşınların bəzədilməsinə 11 milyon ədəd müxtəlif gül işlədilib. Maşınların paradını şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov şəhər sakinlərini və qonaqları salamlayıb, güllərin sülh, məhəbbət və inkişaf rəmzi olduğunu bildirib. Deyilib ki, 60-cı dəfə keçirilən gül bayramının əsas məqsədi insanlara sevinc və fərəh bəxş etmək, gülçülüyün inkişafına dəstək olmaq, yeni innovasiya texnologiyalarından istifadə etməklə gülçülüyü gəlirli sahəyə çevirməkdən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…