Aprelin 14-də Azərbaycan Texniki Universitetində “Nar” tərəfindən telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyanın açılış mərasimi keçirilib. “Azerfon” MMC və Texniki Universitet arasında imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində “Nar” müvafiq telekommunikasiya avadanlığını təmənnasız şəkildə universitetin istifadəsinə təqdim etdi. Yenilənmiş laboratoriyada tələbələrə GSM haqqında nəzəri biliklərlə yanaşı GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti veriləcəkdir. Bundan əlavə, imzalanmış müqaviləyə əsasən, “Nar” mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini təmin edəcəkdir. “Nar” tərəfindən təmin edilən telekommunikasiya avadanlığı “Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının laboratoriyasında quraşdırıldı. Mobil operator avadanlığa tələb olunan hər cür texniki dəstək xidmətlərini də öz üzərinə götürdü. Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri “LTE – mobil rabitənin yeni nəsli”, “IMS və NGN texnologiyası”, “İnternetə naqilsiz daxilolma texnologiyaları”, “Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və “Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” mövzularını əhatə edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…