Filippində aparılan sorğuların nəticələri göstərir ki, Prezident Rodriqo Dutertenin reytinqi 70 faizdən yuxarı təşkil edir. Yaponiyanın NHK televiziya kanalının bu barədə yaydığı məlumatda bildirilir ki, bu cür dəstək Filippinin dövlət başçısının sərt siyasəti davam etdirməsinə təkan verəcək. Oktyabrın 6-da Filippinin araşdırma mərkəzlərindən biri apardığı sorğunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 76 faizi bildirib ki, onlar R.Dutertenin fəaliyyətindən razıdırlar. Respondentlərin 11 faizi isə bunun əksini bildiriblər. Qeyd edək ki, sorğu Filippin Prezidentinin narkobiznesə qarşı apardığı qanlı mübarizənin beynəlxalq tənqidi fonunda aparılıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…