Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və rayon polis idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi Namiq Həsənov bildirib ki, hazırda bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Azərbaycan da narkomaniyanın acı nəticələrindən ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Narkomaniyaya meyil əsasən gənclik dövründə başlanır. Buna görə də məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, narkotik satıcılarının himayə edilməsi, narkotik biznesidir. Narkomaniya ilə bağlı mövcud problemlər daim nəzarətdə və ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci il iyunun 26-dan etibarən Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edir. Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Narkomanlıq və narkobiznesin cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını deyən Suraxanı rayon prokuroru Rəhim Əliyev vurğulayıb ki, bu bəla sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar arasında yeniyetmə və gənclərin olması təəssüf hissi doğurur. Rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Rüstəmov deyib ki, bu ilin beş ayı ərzində 27 fakt aşkar olunub. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 12 kiloqram 405 qram təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət faktlarının sayı azalıb, lakin müsadirə edilmiş narkotik vasitələrin ümumi çəkisi artıb. Sonda “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarx nümayiş olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…