NATO-nun 70 illiyi münasibətilə Danimarkada keçirilməsi nəzərdə tutulan tədbir gözlənilmədən onun təşkilatçısı – Atlantika müqaviləsinin Danimarka Assosiasiyası tərəfindən ləğv edilib. Buna səbəb o olub ki, ABŞ-ın Danimarkadakı səfirliyi öz narazılığını bildirib.Azərtac Danimarka KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-ın Danimarkadakı səfiri Karla Sends bazar günü Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, ABŞ-ın indiki siyasətini tənqid etməsi ilə məşhurlaşmış politoloq Stenli Sloanın həmin tədbirdə çıxış edəcək şəxslərin konfrans başlanana qədər hazırlanmış siyahısından çıxarılmasını tələb edib.Atlantika müqaviləsinin Danimarka Assosiasiyasının baş katibi Lars Banqert Struve deyib: “Biz heç vaxt şübhə etmirdik ki, Stenli Sloan bizim konfransda obyektiv çıxış edəcək. Məhz bu səbəbdən, ABŞ səfiri Stenli Sloanın iştirakının ləğv olunmasını tələb edənə qədər biz onu iştirakçı kimi saxlayırdıq”.Məruzəçi Stenli Sloanın çıxışı ləğv ediləndən sonra Danimarka təşkilatı bütün tədbirin ləğv olunması barədə qərar qəbul edib.Qeyd edək ki, dekabrın 10-da başlanması nəzərdə tutulan bu tədbirin təşkilatçıları Atlantika müqaviləsinin Danimarka Assosiasiyası və ABŞ-ın Danimarkadakı səfirliyi idi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…