Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər keçiriləcək. Apa-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 iyun 2016-cı il tarixli sərəncamına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib. Qeyd edək ki, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə İlhamə Mustafayeva 45 saylı Aza Seçki Dairəsindən deputat seçilib. İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 dekabr 2015-ci il tarixli sərəncamı ilə İ. Mustafayeva Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən də azad olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…