Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə…

11 Mart 2023 13:05

Xəbər 47 dəfə oxunub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 906 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 548 nəfər müalicə olunaraq sağalıb, 10 min 143 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1519, bu günə qədər isə ümumilikdə 7 milyon 540 min 198 test icra olunub.xeber100.com

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir

Yeni araşdırma göstərib ki, COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir. BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə Cenevrədə çıxış edib. Aparılmış tədqiqatlar təsdiq edib ki, koronavirus əleyhinə peyvəndlər və buster dozaları xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını xeyli azaltmaqla bərabər, COVID-19-a yoluxmuş pasiyentlərdə ürək tutması və insult ehtimalını da azaldır. ÜST-nin COVID-19 əleyhinə vaksinlər üzrə Texniki Məsləhət Qrupu mövcud preparatların effektivliyini qiymətləndirmək və lazım gələrsə onları təkmilləşdirmək üçün epidemioloji vəziyyəti daim müşahidə etməyin nəzarətin zəruri olmasını vurğulayıb. Doktor Gebreyesus deyib: “Virusun təkamülü prosesində müvafiq vaksinləri, terapevtik və diaqnostik vasitələri vaxtında yeniləşdirmək üçün hökumətlər epidemioloji müşahidəni dəstəkləməlidirlər”. ÜST-nin rəhbəri vurğulayıb: “Bütövlükdə dünyada vəziyyət üç il əvvəlki ilə müqayisədə yaxşılaşıb. Lakin COVID-19-a ciddi yanaşmamaq olmaz. Ötən həftə cümə günü Münxen Təhlükəsizlik Konfransında demişəm ki, dünya əvvəlki kimi, hələ də yeni pandemiyaya hazır deyil”.

Fevral 23, 2023 15:23