Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı əsasında…

27 Mart 2021 20:04

Xəbər 562 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirusa daha 1690 yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 254 min 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 235 min 606 nəfər müalicə olunaraq sağalıb, 3 min 464 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 300 nəfərdir.Ötən müddət ərzində 2 milyon 826 min 454 test aparılıb. Bugünkü test sayı isə 9670-dir.xeber100.com