İyunun 9-da Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlayıb. Azərtac xəbər verir ki, iclasda Koreya Respublikasının DYƏT-ə üzv olması barədə, DYƏT-in, onun təftiş komissiyasının və nəqliyyat hüququ komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında, birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq, DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı, üzvlük haqlarının ödənilməsi, DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı, DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında və BMT-nin İqtisadi Komissiyasının “Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru” iş üzrə DYƏT-in Komitə sədrinin məlumatı üzrə məsələlər müzakirə olunur. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının və dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın hazırda nəqliyyat sahəsində reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində görülən işlərin böyük hissəsi yekunlaşıb. “Gürcüstan ərazisində artıq işlər bitib. Hazırda abadlıq işləri aparılır. Türkiyə isə əldə olunan razılığa əsasən tikinti işlərini 2016-cı ilin sonunda yekunlaşdıracaq. Bundan sonra Avropaya ən qısa və ucuz yolla yükdaşıma həyata keçirmək mümkün olacaq”, – deyə C.Qurbanov vurğulayıb. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov təşkilata üzv olan ölkələri dəmir yolu sahəsində əlaqələri genişləndirməyə çağırıb. O bildirib ki, burada iştirak edən ölkələr yaranmış şəraitdən istifadə edərək iqtisadi inkişafı sürətləndirə bilər. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik. Qeyd edək ki, Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…