Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib. Report.az xəbər verir ki, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC artıq bu ilin aprel ayında “Parabank” ASC və “Dekabank” ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.
Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.
“Parabank”dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, “Dekabank”dan isə bu məlumatın səhv olduğunu bildiriblər.
“NBC Bank”dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…