Neft bazarını qiymətləndirən agentliklərə görə, koronavirus pandemiyası səbəbindən bu rüb ərzində neftə olan tələbat illik müqayisədə 1,7 milyard barrel azala bilər.Azərtac xəbər verir ki, qlobal neft tələbatının beşdəbiri bu rüb ərzində yox olacaq. Neftlə bağlı proqnozlarını açıqlayan üç böyük agentlik koronavirusla mübarizədə görülən məhdudlaşdırma tədbirləri fonunda qlobal miqyasda neft istehlakında ən sərt azalmanın müşahidə olunacağı ilə bağlı həmfikirdir. Tələbin aldığı “zərbə”nin miqyası isə neft istehsalçılarının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, ehtiyatların bu il artacağı mənasına gəlir.Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu həftə neft bazarı ilə bağlı proqnozlarını yeniləyib və tələbatın azalmasının dərinliyi ilə bağlı fikirlər bir-birinə yaxın olub. Beynəlxalq Enerji Agentliyinin keçənaykı pessimist mövqeyi hazırda əsas mənzərə olub. Belə ki, bu rüb ərzində dünyada keçən ilə nisbətən 1,7 milyard barrel az neft istifadə ediləcək.Həm EIA, həm də OPEC-in aprel ayındakı hesabatlarda tələbatın bu ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə gündəlik 12 milyon barrel azalacağını proqnozlaşdırıb. Hazırda isə Beynəlxalq Enerji Agentliyi gündəlik 20 milyon barreldən çox azalma proqnozlaşdırır. Ötən bir ayda karantinin yumşaldılması və müəssisələrin tədricən açılması agentliyin bir az daha optimist proqnoz verməsinə səbəb olub.Lakin EIA və OPEC-in proqnozları kəskin dəyişib və bir ay əvvəllə müqayisədə tələbatın daha da pisləşəcəyi gözlənilir. Bu iki qurumun proqnozu Beynəlxalq Enerji Agentliyinin neft istehlakına dair daha pessimist qiymətləndirməsinə yaxınlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…