Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını müzakirə edir.Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, OPEC kartelə üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin 3 ay və daha uzun vaxta uzadılmasını nəzərdən keçirir.OPEC-ə yaxın mənbələrin məlumatına görə, sazişin müddətinin 2018-ci ilin ikinci yarısının sonunadək uzadılması əsas müzakirə mövzusudur. Sazişin müddətinin 3 aydan daha uzun vaxta uzadılması isə OPEC+ nazirlərinin tərtib etdikləri fövqəladə vəziyyətə dair ssenarilərə uyğun reallaşa bilər.Həmçinin hasilat kvotasının daha da azaldılması Liviya və Nigeriyanın yenidən istehsala başlaması ilə birgə OPEC-in istehsalının hazırkı səviyyələrində qalması üçün lazım olacaq.Digər bir mənbəyə görə isə müzakirə edilən variantlardan biri də sazişin müddətinin 6 ay uzadılmasıdır.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…