Ötən ilin dekabrında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatı artıb.Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı 2017-ci ilin dekabrında noyabrla müqayisədə gündəlik 42 min barrel artaraq 32 milyon 420 min barrel olub. Buna baxmayaraq OPEC-in dünya neft hasilatındakı payı 33,3 faizə geriləyib.Dekabrda OPEC üzrə xam neft istehsalı ən çox Nigeriya, Anqola və Əlcəzairdə artıb, Səudiyyə Ərəbistanı, Venesuela və Qətərdə isə hasilat azalıb. Dekabrda Nigeriyanın gündəlik hasilatı əvvəlki ayla müqayisədə 75 min 700 barrel, Anqolanın 44 min 800 barrel, Əlcəzairin istehsalı isə 30 min 300 barrel artıb. İqtisadi-siyasi çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı 82 min 200 barrel azalaraq 1 milyon 745 min barrelə düşüb. Qətərdə gündəlik neft hasilatı 12 min 100 barrel, Səudiyyə Ərəbistanında isə 10 min 900 barrel azalıb.Keçən ay dünya üzrə 2 min 171 neft quyusu istismara verilib. Bu quyulardan 550-si OPEC-ə üzv olan ölkələrdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…