Yanvar ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb.Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı dekabr ayı ilə müqayisədə 180 min barrel artaraq sutkada 25 milyon 500 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 27,4 faizə yüksəlib.Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Venesuela və İran olub. Yanvarda Səudiyyə Ərəbistanında gündəlik hasilat əvvəlki aya görə 89 min barrel, Venesuelada 72 min barrel, İranda isə 62 min barrel artıb.Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox Liviya və Nigeriyada azalıb. Liviyanın sutkalıq hasilatı 51 min barrel, Nigeriyanın isə 31 min barrel geriləyib.Yanvarda dünyadakı qazma qurğularının sayı noyabrla müqayisədə 110 ədəd artaraq 1325 olub. Həmin qurğuların 323-ü OPEC-ə üzv ölkələrdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…