2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barrelə yüksələcək.Azərtac xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, mayda qlobal neft təklifi aprel ayı ilə müqayisədə gündəlik 270 min barrel artaraq 97 milyon 860 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 100 min barrel çoxalaraq 59 milyon 750 min barrelə çatıb.OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbatı 2017-ci illə müqayisədə gündəlik 1 milyon 650 min barrel artaraq 98 milyon 850 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə bu il gündəlik 300 min barrel artaraq 32 milyon 700 min barrel olacağı gözlənilir.Cari ildə qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə sutkalıq 1 milyon 860 min barrel çoxalaraq 59 milyon 750 min barrelə çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…